Sumqayıt şəhərində "AKIA" markalı 5 nömrəli avtobusun mühərrik hissəsi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə "Etilen-Polietilen" zavodunun qarşısında baş verib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.