Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi həbs olunub

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi həbs olunub

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

APA-nın xəbərinə görə, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə çərcivəsində saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.