Naftalanda müştəri hoteldə öldü

Naftalanda müştəri hoteldə öldü

Naftalan şəhərində yerləşən hotellərin birində müştəri otağında dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, hotel otağında dünyasını dəyişən 1951-ci il təvəllüdlü C.Əliyevdir.

Bir neçə gündür sanatoriyada olan C.Əliyevin qəflətən halı pisləşib və ilkin ehtimala görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.