NASA Yupiterdə həyat axtaracaq

NASA Yupiterdə həyat axtaracaq

NASA Yupiterin peykində həyat axtaracaq.

Məlumata görə, artıq “Europe Clipper” zondunu yığılması prosesinə start verilib.

Onun köməyi ilə alimlər Yupiterin peyklərindən birində - Avropada həyat izlərini axtarmaq istəyirlər.

Onlar missiyanın 2024-cü ilin oktyabrında baş tutacağını gözləyirlər.

Eyni zamanda, araşdırmanın 2030-cu ildə öz məqsədinə çatacağı qeyd olunur.

Hər şey qaydasında olarsa, cihaz Avropadakı atmosfer haqqında məlumat toplayacaq. Həmçinin, aparat peykin səthindəki buzun qalınlığını, eləcə də buzun altındakı isti okeanın kimyəvi tərkibini öyrənəcək.

Mənbə: ferra.ru