Ölkədə boşanmaların sayı azalıb - RƏSMİ

Ölkədə boşanmaların sayı azalıb - RƏSMİ

Azərbaycanda boşanmaların sayı azalıb, nikahlar artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 23 387 nikah və 6 323 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.