Paytaxt sakininin 5000 manatlıq telefonu oğurlanıb
Bakı sakinin 5000 manatlıq telefonu oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.