Paytaxtda bir milyonluq qızıl oğurlayan şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Paytaxtda bir milyonluq qızıl oğurlayan şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda oğurluqda təqsirləndirilən Tural Rəhimlinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 4-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakıda baş verib. Bir neçə il bundan əvvəl paytaxt sakini Zülfiyyə Əliyevanın mənzilindən bir milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

Zülfiyyə Əliyeva bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb.