Qadın “Süngər Bob”un əmri ilə üç yaşlı qızını öldürdü - FOTO
ABŞ-da narkotik aludəçisi olan ana üç yaşlı qızını öldürüb, öz hərəkətini isə “Süngər Bob kvadrat şalvar” cizgi filminin qəhrəmanının ona əmri ilə izah edib.
22 yaşlı amerikalı Yustina Conson uşağın üç yaşına çatdıqdan iki gün sonra onu bıçaqlayaraq öldürüb. Bundan sonra o, cəsədi zibil torbasına qoyaraq küçəyə atıb. Qızını öldürməzdən əvvəl qadın intihara cəhd edib. Qeyd olunur ki, o, bir neçə həftə heroin qəbulunu dayandırdıqdan və yuxusuzluq problemindən (o, təxminən iki həftə yatmayıb) sonra halüsinasiya görməyə başlayıb.
“O, baş verənlərin təfərrüatlarını xatırlamadığını söylədi. Consonun televiziyadan halüsinasiyaları var idi, oradan ona qızının öldürülməsi əmr olunurdu, əks halda özünün öldürüləcəyi bildirilirdi. Bunu ona “Süngər Bob” əmr edib. O, həyatı üçün qorxduğunu və dəli olduğunu etiraf edib”, - deyə müstəntiq Rayan Eberlayn bildirib.
Qadın məhkəmə zalına qandallarla gətirilərkən və məhkəmə boyu hönkürtü ilə ağlayıb. O, birinci dərəcəli qətl və uşaq istismarında ittiham olunub.