Qarabağ Çempionlar Liqasının pley-off mərhələsində ! - Video

Qarabağ Çempionlar Liqasının pley-off mərhələsində ! - Video

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşıb.

Bakıdakı ilk oyunda 1:1 hesabı ilə heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.



9 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. "Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan) - 1:3

Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1