"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxacaq.
Dovlet.Tv xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gələcək. "Gelamko Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Təmsilçimiz iki oyunun cəmində də qalib gələrsə, avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olacaq.
Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu
00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR: Devid Kut (İngiltərə)
Gent, "Gelamko Arena"
İlk oyun - 0:1.