"Qarabağ" "Marsel"ə uduzdu

Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi düşən Ağdam təmsilçisi Fransa səfərində “Marsel”in qonağı olub və 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

17 fevral

Konfrans Liqası

Pley-off, ilk oyun

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 3:1

Qollar: Milik, 41,(1:0) 44 (2:0), Kadi Borges, 85 (2:1), Dmitri Payet, 90+2 (3:1)
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Marsel. “Velodrom” stadionu