Qarabağ Nantı darmadağın etdi - Video

Qarabağ Nantı darmadağın etdi - Video

Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirildi.

Dovlet.Tv xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.

Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edib.

Ağdam klubu bu görüşdə inamlı qələbə qazanıb - 3:0.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra "Frayburq" 6 xalla qrup lideri, "Qarabağ" 3 xalla 2-ci, "Nant" eyni xalla 3-cüdür. Xal qazanmayan "Olimpiakos" isə sonuncudur.

15 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) - 3:0

Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:45.“Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) – 0:3
Qollar: Hofler, 5, Qreqorits, 25, 53

Xal durumu: "Frayburq" (Almaniya) - 6, "Qarabağ" (Azərbaycan) - 3, "Nant" (Fransa) - 3, "Olimpiakos" (Yunanıstan) - 0.