“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest

“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest

“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz olacaq.

Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması - “Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.
“Qarabağ” - “Zirə” matçı saat 20:00-da start götürəcək.