Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarəolunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.