Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi olub

Ukraynanın Sumı vilayətində əsirlərin mübadiləsi üçün “yaşıl dəhliz” təşkil edilib.

Bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski deyib.

“Yaşıl dəhliz”in yaradılması ilə bağlı qərarı Ukrayna prezidenti Volodimir Zelenski verib.

Jivitski “Teleqram”da ilk qaytarılan əsirləri nümayiş etdirib. Beş Ukrayna əsgəri bir Rusiya hərbi polisi zabiti ilə dəyişdirilib.