Rusiyada Hüseyn Həsənovun bloqları qadağan olundu

Rusiyada Hüseyn Həsənovun bloqları qadağan olundu

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun “Twitch”, “Telegram” və “Kick” platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə daxil edilib.

Onunla yanaşı, qara siyahıya Yeqor Krid, Andrey Burim, Nikolay Lebedev, Yuri Xovanski və başqaları da salınıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina cümə günü bildirib ki, Roskomnadzor həmçinin adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı tələb edib.

Mizulinanın sözlərinə görə, hazırda Federal Vergi Xidməti də “vergi qanunlarının pozulması əlamətləri” ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.

Mənbə: TASS