Havanın temperaturu gecə 20-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.