Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.