Sabirabadda 26 yaşlı gənc yanaraq öldü

Sabirabadda 26 yaşlı gənc yanaraq öldü

Sabirabadda 26 yaşlı gənc yanaraq ölüb.

“Report”un məlumatına görə, hadisə rayonun Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Axraçı-Muğan kənd sakini, 1997-ci il təvəllüdlü Məhərrəmov Qurban Rafiq oğlu ağır yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq, 4-cü dərəcəli yanıq xəsarəti alan Q.Məhərrəmov dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.