Şəki sakini meşədə həmyerlisini güllələyib

Şəki sakini meşədə həmyerlisini güllələyib

Şəki sakini ehtiyatsızlıqdan həmyerlisini güllələyərək öldürüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Küngüt kəndində, dağlıq ərazidə baş verib.

İlkin ehtimallara görə, kənd sakiniləri Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayev dağlıq ərazidə olarkən birincinin əlində olan silahdan atəş açılıb.

Atəş nəticəsində 30 yaşlı Nurlan Mustafayev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.