Şəmkirdə adam öldürən şəxs Kürdəxanıda tutuldu

Şəmkirdə adam öldürən şəxs Kürdəxanıda tutuldu

Oktyabrın 22-də Şəmkir Rayon Polis Şöbəsinə Seyfəli kəndindəki bir evin həyətində Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.

Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində tutularaq istintaqa təhvil verilib.

Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.