Şəmkirdə maşın işıq dirəyinə çırpıldı: Yaralanan var

Şəmkirdə maşın işıq dirəyinə çırpıldı: Yaralanan var

Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşının yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü Sevinc Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.