Slovakiya Ukraynaya vəd etdiyi MiQ-29-ların hamısını təhvil verdi

Slovakiya Ukraynaya vəd etdiyi MiQ-29-ların hamısını təhvil verdi

“Slovakiya vəd etdiyi 13 MiQ-29 qırıcısının hamısını Ukraynaya təhvil verib”.

Bu barədə Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nad xəbər verib.

Onun sözlərinə görə, bu ilin martında təhvil verilən 4 qırıcıdan sonra qalan 9 qırıcı da uğurla Ukrayna qüvvələrinə göndərilib.

“Köçürmə mümkün olan maksimum təhlükəsizlik nəzərə alınmaqla quru vasitəsilə həyata keçirilib”, - deyə Yaroslav Nad vurğulayıb.

Mənbə: İnterfaks