“SpaceX” daha 54 peyki Yerin orbitinə buraxıb

“SpaceX” daha 54 peyki Yerin orbitinə buraxıb

“SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi daha 54 peyki Yerin orbitinə çıxarıb.

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Peyklərin buraxılışı Floridadakı Kannaveral burnundakı kosmodromdan bazar günü yerli vaxtla saat 20:18-də (Bakı vaxtı ilə bazar ertəsi 04:18-də) həyata keçirilib.

Peyklər “Starlink” peyk interneti platforması üçün nəzərdə tutulub.

Xatırladaq ki, may ayında “Falcon 9” daşıyıcı raketi ilə 60 peyk Yerin orbitinə çıxarılmışdı.