Taksi sürücüləri Vasif Talıbovun qadağasına etiraz edirlər

Taksi sürücüləri Vasif Talıbovun qadağasına etiraz edirlər

Naxçıvanda taksi sürücüləri Ali Məclisin sabiq sədri Vasif Talıbovun onlar üçün yaratdığı sistemə qarşı etiraz edirlər.

“Unikal” xəbər verir ki, sürücülər toplu şəkildə Naxçıvan Ali Məclisinin yanına toplaşaraq problemlərinin həll olunmasını istəyirlər.

Belə ki, sürücülərə Naxçıvan istehsalı olan “NAZ Lifan”dan başqa digər minik avtomobillərindən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olmalarına icazə verilmir. Təklif olunan avtomobil isə qiymətindən dəfələrlə baha qiymətə - 35 min manata satılır.