Türkiyə və Azərbaycanın Qarabağda birgə fəaliyyəti: 132 kvadrat kilometr ərazi minalardan təmizlənib

Türkiyə və Azərbaycanın Qarabağda birgə fəaliyyəti: 132 kvadrat kilometr ərazi minalardan təmizlənib

“Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusunun modernləşdirilməsi və təlim fəaliyyətlərinə, eləcə də Ermənistanın işğalından azad edilmiş rayonlarda mina və partlayıcıların axtarışı və məhv edilməsi fəaliyyətlərinə dəstəyini davam etdirir”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Türkiyə və Azərbaycan mina təmizləyənləri tərəfindən yanvar ayında 5 236 kvadratmetr və ümumilikdə 132 kvadrat kilometr ərazi mina və əldəqayırma partlayıcılardan təmizlənib. Tərəfdaşlıq çərçivəsində 1630 azərbaycanlı mütəxəssis hazırlanıb.

“Bir daha vurğulayırıq ki, indiyə qədər olduğu kimi, bundan sonra da kədərdə də, sevincdə də bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın “iki dövlət, bir millət” anlayışı ilə, haqq yolunda, bütün imkanlarımızla yanında olacağıq”, - deyə qeyd edilib.