Türkiyənin yeni səsdən sürətli raketi uğurla sınaqdan keçirildi

Türkiyənin yeni səsdən sürətli raketi uğurla sınaqdan keçirildi

Türkiyənin ilk səsdən sürətli idarə olunan “İHA230” raketi sınaqdan keçirilib.

Bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarın rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi olan “İHA-230” raketinin 31 Mart 2023-cü il tarixli sınaq atışı uğurla tamamlanıb.
Raket Qara dəniz üzərində 140 kilometr məsafədəki hədəfi dəqiqliklə vurmağa nail olub.