Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik qurumların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqalədə vurğulanıb.

Bəyanatda mərhumun doğmalarına və yaxınlarına başsağlığı verilib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa dilənib.