Üç ay ömrü qaldığını öyrənən professor qaçırdığı təyyarə ilə yerə çırpıldı

Üç ay ömrü qaldığını öyrənən professor qaçırdığı təyyarə ilə yerə çırpıldı

İngiltərədə xərçəng xəstəsi olan və ömrünün sonuna üç ay qaldığını öyrənən professor qaçırdığı kiçik mühərrikli təyyarə ilə yerə çırpılaraq ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, Kristofer Vullard qəsdən qəza törədib.

Mədə xərçəngi olan 64 yaşlı alim tarla üzərindən uçarkən intihar edib.

Professor qəzadan əvvəl təyyarəni oğurladığı obyektlə radio əlaqəsi quraraq, hərəkətini izah edib və dəymiş ziyanı ödəmək üçün bank məlumatlarını qarşı tərəfə ötürüb.

Universitetdə kompüter elmləri sahəsində dərs deyən Vullardın 10 ildir uçuş dərsləri aldığı, bir müddət əvvəl mühazirələrini dayandırdığı bildirilib.

Mənbə: “Haber Global”