Ukraynadan təxliyə edilən daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Ukraynadan təxliyə edilən daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə olunub.

Dövlət Tv-nin məlumatına görə, bu gün səhər saatlarında 168 həmyerlimiz Azərbaycana gətirilib.

Gələnlərdən çoxu qadınlar və uşaqlardır.

Qeyd edək ki, bundan əvvəl vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilib və ümumilikdə 510 nəfərə yaxın şəxs ölkəmizə gətirilib.