Xaçmazda velosipedçini avtomobil vuraraq öldürüb

Xaçmazda velosipedçini avtomobil vuraraq öldürüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan, 2000-cü il təvəllüdlü Nazim İlqar oğlu İsayevi “Hyundai” markalı minik avtomobili vurub.

Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.