Xankəndi yolunda aksiya: Soyuq havaya baxmayaraq, etirazçıların sayı artmaqdadır

Xankəndi yolunda aksiya: Soyuq havaya baxmayaraq, etirazçıların sayı artmaqdadır

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır.

Dovlet,tv xəbər verir ki, Azərbaycanın hər yerindən bu aksiyaya böyük dəstək var.

Etirazçılar səhər saatlarından etibarən vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.