Xankəndi yolunda sülhməramlıların təminat avtomobili maneəsiz hərəkət edib

Xankəndi yolunda sülhməramlıların təminat avtomobili maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus “Toyota” markalı avtomobil keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Aksiya davam edir.