Yaşasın Ali Baş Komandan İlham Əliyev

Yaşasın Ali Baş Komandan İlham Əliyev

Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq edərək, Ermənistana öz şərtlərini diktə etmək istəyirdi və buna tam nail oldu. Biz bu qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi.

İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir. Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultural ölkə kimi Dağlıq Qarabağ ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi sənəddə təsbit edilib. Bununla faktiki olaraq həm də türk dünyası arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.

Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilib. Bu tarixi günləri hər bir azərbaycanlı kimi, ədliyyə orqanlarının əməkdaşları da böyük qurur, fəxarət və coşqu ilə qeyd edirlər. 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı ərəfəsində qazandığımız bu parlaq və qəti qələbə bizim üçün ikiqat bayram deməkdir. İnanırıq ki, bu parlaq Qələbə müstəqil Azərbaycanımızın bütün sahələrdədinamik inkişafına, o cümlədən də ədliyyə sisteminin daha da müasirləşməsinə və inkişafına yeni təkan verəcək


Yevlax Rayonu yuxarı Qarxun bələdiyyəsinin sədri Ruqiyyə Abdurrəhimova