Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

Yevlaxda su kanalına düşən gənc oğlanın meyiti tapıldı

Yevlax rayon Kolanı kəndində baş vermiş avtomobil qəzası zamanı su kanalına düşən gəncin meyiti tapılıb.


“Report”un məlumatına görə, Bərdə rayon sakini, 2003-cü il təvəllüdlü Vəfadar İsmayılzadənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Fərzəliyev də dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadə isə qəzanın baş verdiyi ərazinin yaxınlığındakı Yuxarı Qarabağ kanalına düşüb.


Faktla bağlı araşdırma aparılır.