Zakir Həsənov Ankarada səfərdədir

Zakir Həsənov Ankarada səfərdədir

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədə rəsmi səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.