Salyan sakini dəm qazından boğularaq ölüb.
Dovlet.Tv "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Aynur Müşfiq qızı Bəşirova hamamda olarkən dəm qazından boğulub.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.