ABŞ-də bu gün baş tutan prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Dovlet.TV "Associated Press"ə istinadən xəbər verir ki, ən son hesablamalara görə, Donald Tramp 277 səs, Kamala Harris isə 224 səs toplayıb.
Xatırladaq ki, qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.