Abşeronda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeronda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 900 kvadratmetr olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 kvadratmetr olan anbarın yanar konstruksiyaları, içərisində “Ford” markalı yük avtomobili, “Toyota” və KIA markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik sex yanğından mühəfizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.