Agentlik 62 nəfərin diplomunu tanımaqdan imtina etdi
Sentyabr ayı üzrə xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb, onlardan 248-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasında təhsillə bağlı 98, Türkiyə Respublikasında - 90, Ukraynada - 63, Gürcüstanda - 15, Belarus Respublikasında - 14, digər ölkələr üzrə isə 30 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.