Akar və Şoyqu arasında Qarabağla bağlı danışıqlar olub
Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında taxıl müqaviləsini müzakirə edib və taxıl tədarükünün fasiləsiz olmasının vacibliyini vurğulayıb.
Rusiya Müdafiə Nazirliyi danışıqların Türkiyə tərəfinin təşəbbüsü ilə aparıldığını vurğulayıb.
Akar və Şoyqu Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsinin nəticələrini, Suriya və Qarabağ nizamlanması məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər əməkdaşlıq sahələrini müzakirə ediblər.
Bildirilir ki, dialoq çərçivəsində tərəflər qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsi sahəsində əməkdaşlıqdan məmnunluq ifadə ediblər, taxılla fasiləsiz tədarükün vacibliyini vurğulayıblar.
Türkiyə Müdafiə Nazirliyi ölkənin regionda sülhün təmin edilməsinə və humanitar yardım göstərilməsinə töhfə verməyə davam edəcəyini bir daha vurğulayıb.