Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək
Almaniyada səfərbərlikdən yayınma siyasi sığınacaq istəyinə müsbət cavab verilməsi üçün əsas sayılacaq.
Həmçinin də Rusiya ordusundan fərarilik ölkədə siyasi sığınacaq almaq üçün kifayət qədər inandırıcı səbəb olacaq.
Bu qərar Almaniyada rəsmi olaraq təsdiqlənib. Belə ki, Berlin artıq Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə göstəriş verib.
Lakin yalnız Almaniya ərazisində sığınacaq almaq üçün müraciət edilməlidir.
Eyni zamanda Berlin əcnəbilərin ölkədə qalması haqqında qanunun 22-ci bəndini tətbiq etmək niyyətində deyil. Yəni səfərbərlikdən qaçmaq istəyi əsasında rusiyalılara humanitar viza verilməyəcək.