2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında mina partlayışı olub. Nəticədə bir nəfər yaralanıb.