Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun “Qalatasaray” klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayır.
Belə ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”u çalışdıracaq.
Komandanı bazar günü Türkiyə I Liqasında “Göztepe” ilə oyuna məhz o çıxaracaq.
Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.
“Eyüpspor” bir neçə gün əvvəl Zafer Turanla yollarını ayırıb.
Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində “Qalatasaray”, “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da formasını geyinib.