AZAL Bakıdan Pekinə birbaşa reys həyata keçirib

AZAL Bakıdan Pekinə birbaşa reys həyata keçirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə birbaşa reys həyata keçirib.

Bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, təyyarə dekabrın 19-da, saat 19:40-da Bakıdan qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində enib. Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları, qonaqlar, o cümlədən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iştirak ediblər.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.