Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalından həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən, biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.