Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Dovlet.Tv-nin məlumatına görə, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.
Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Moldova yığması əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qol vurmağı bacarıb. Meydan sahiblərinin futbolçusu Nikita Motspanın qolu ilə fərqi azaldıblar.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.