Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin” - FOTO

Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin” - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Dovlet.Tv xəbər verir ki, paylaşımda deyilir:

“Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!”, - deyə İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin” - FOTO