Azərbaycanda DƏHŞƏT: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Azərbaycanda DƏHŞƏT: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

2023-cü il iyunun 10-da itkin düşən Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü Yasin İbrahimovun intihar etdiyi məlum olub.

Dovlet.tv-nin məlumatına görə, o, sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər.

Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların cəsədlərinin qalıqlarını aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.