Azərbaycanda magistral data kanalında qəza: Bir rayonda internetin verilişi dayandırıldı

Azərbaycanda magistral data kanalında qəza: Bir rayonda internetin verilişi dayandırıldı

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

“Report”un məlumatına görə, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və imeyllərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.